Naxçıvanda 20 hektarlıq “Sahil Parkı” salınır - Sərəncam

Naxçıvanda 20 hektarlıq “Sahil Parkı” salınır -    Sərəncam
  07 Oktyabr 2019    Oxunub:2987
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oktyabrın 7-də Naxçıvan şəhərində “Sahil Parkı”nın yaradılması haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, sərəncamda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən yenidənqurma və abadlıq tədbirləri Naxçıvan şəhərinin simasını dəyişib, şəhərsalma mədəniyyəti tarixilik və müasirlik ənənələri əsasında inkişafın yeni mərhələsinə qədəm qoyub. İstirahət və xidmət sahələrinin fəaliyyətinin yaxşılaşdırılması əhalinin asudə vaxtının səmərəli təşkilinə şərait yaradıb.

Sərəncamla Naxçıvan şəhərində ətraf mühitin mühafizəsi və əhalinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi məqsədilə Naxçıvançay sahilində 20,6 hektar ərazini əhatə edən “Sahil Parkı” yaradılacaq.

Azvision.az



Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti