Vəkillər arasında futbol turniri başa çatıb

Vəkillər arasında futbol turniri başa çatıb
  07 Oktyabr 2019    Oxunub:3366
Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Vəkillər arasında birinci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri” başa çatıb.
Azvision.az xəbər verir ki, turnirin qalibi Azərbaycan komandası olub. 10 ölkədən 16 futbol komandasının iştirak etdiyi turnirin qrup mərhələsinin oyunları oktyabrın 3-4-də, pley-off mərhələsinin oyunları isə 4-6-da keçirilib.

Turnirin sonuncu günü, əvvəlcə üçüncü yer uğrunda Qazaxıstan və İranın Təbriz komandaları qarşılaşıb. Görüşdə 3:2 hesabı ilə qalib gələn Qazaxıstan komandası bürünc medalı qazanıb.

Final oyununda “Azərbaycan -1” və “Azərbaycan – 2” komandaları qarşılaşıblar. Oyunda 5:1 hesabı ilə qələbə qazanan “Azərbaycan 1” komandası qızıl medala sahib olub.

Azvision.az



Teqlər: Vəkil   Futbol   Yarış  





Xəbər lenti