“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verildi - FOTOLAR

   “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verildi -  FOTOLAR
  06 Oktyabr 2019    Oxunub:8237
Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Azvision.az -a verillən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbay­can Respub­likasının Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəh­bərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəm­lən­məsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni is­ti­fa­dəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu bildirib.



Eyni zamanda Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əmək­daşlığın yüksək səviyyəli inkişafını xüsusi vurğulayıb. Dövlət Sər­həd Xid­mətinin rəisi dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşdiyini, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayandıqlarını qeyd edib.



Dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün yerli əhalinin, Ağstafa rayonunun icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının mühüm dəs­təyi xüsusi qeyd olunub, həm dost Gürcüstan ilə, həm də düşmənlə həmsərhəd olan Ağstafa rayonunun rəhbərliyinə və ictimaiyyətinə sər­hədçilərə göstərdikləri hərtərəfli köməkliyə görə minnətdarlıq ifadə edilib.

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başcısı Niza­məddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğur­lar arzulayıb.



Tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidməti fəa­liy­yətin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir tələblərə cavab verən yataqxana, yemək­xana, xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydan­­çası, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemi, hamam-cama­şırxana və digər tikililər sərhədçilərin istifadəsinə verilib.















Azvision.az


Teqlər: DSX  





Xəbər lenti