Hərbi Liseydə Müəllimlər Günü qeyd edilib - VİDEO

Hərbi Liseydə Müəllimlər Günü qeyd edilib -    VİDEO
  06 Oktyabr 2019    Oxunub:2801
Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov muxtar respublikamızda təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, müəllim əməyinə verilən yüksək qiymətdən, liseydə yaradılan müasir tədris şəraitindən danışıb.



Çıxışlar zamanı bildirilib ki, vətənpərvər və intellektli gənclər yetişdirən müəllimlərin əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Heydər Əliyev adına Hərbi Liseydə çalışan müəllimlərdən 1 nəfəri Azərbaycan Respublikasının, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı və 2 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb.

Çıxışların ardından təhsildə fərqlənən müəllim və kursantlara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Azvision.az



Teqlər: MüəllimlərGünü   Hərbi-Lisey  





Xəbər lenti