Bakıda 11 nəfər liftdə qalıb, 7-si azyaşlıdır

Bakıda 11 nəfər liftdə qalıb,  7-si azyaşlıdır
  06 Oktyabr 2019    Oxunub:2953
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Nərimanov, Xətai və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7-si azyaşlı olmaqla 11 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN   Lift  





Xəbər lenti