Ağac kəsən şirkət 50 min manat cərimələndi

   Ağac kəsən şirkət 50 min manat cərimələndi
  06 Oktyabr 2019    Oxunub:2188
Bu ilin avqust ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakının Nərimanov rayonu V. Mayakovski küçəsi, "Montin bazarı"nın yaxınlığında ağacların kəsilməsi faktı aşkar edilib və qanunamüvafiq tədbir görülüb.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, sözügedən ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının söküntüsü zamanı bir neçə ağac icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib. Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, dünən bir sıra mətbu orqanlarda Nərimanov rayonu, V. Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə xəbər yayılıb.

Azvision.az



Teqlər: ETSN   Şirkət   Ağac  





Xəbər lenti