“Çermet” körpüsündə qəza - Tıxac yarandı

  “Çermet” körpüsündə qəza -    Tıxac yarandı
  06 Oktyabr 2019    Oxunub:2409
Bakının Ziya Bünyadov prospekti (Çermet körpüsünün üzərində) metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, bu səbəbdən yolda sıxlıq yaranıb.

"Sıxlıqla əlaqədar Ziya Bünyadov prospektindən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb. Yolda hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür".

Azvision.az



Teqlər: BNA   Qəza  





Xəbər lenti