Ədliyyə naziri Füzulidə qəbul keçirəcək

Ədliyyə naziri Füzulidə qəbul keçirəcək
  05 Oktyabr 2019    Oxunub:2362
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən oktyabrın 8-də Füzuli rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Füzuli rayonu Muğam Mərkəzində (ünvan: Füzuli rayonu Horadiz şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək qəbulda Füzuli, Beyləqan və İmişli rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Füzuli rayonu Muğam Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti