Dövlət xidmətinin əməkdaşları “Şəhidlər muzeyi”ndə

Dövlət xidmətinin əməkdaşları “Şəhidlər muzeyi”ndə
  05 Oktyabr 2019    Oxunub:1953
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir qrup əməkdaşı Bakının Nəsimi rayonunda yerləşən “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsis etdiyi “Şəhidlər muzeyi”ni ziyarət edib.
SHXÇDX-dan Azvision.az -a verilən məlumata görə, “Şəhidlər muzeyi”nin yaradıcısı, “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan eləcə də yaralanan hər bir döyüşçünün bu xalqın tarixində əbədi qalacağını bildirib.

Ə.Qasımov bildirib ki, bu unikal muzey səkkiz ilə yaxındır ki, fəaliyyət göstərir və muzeydə 950 şəhidin fotoları, haqqında məlumatlar öz əksini tapıb. Bura tez-tez ziyarətçilər baş çəkərək, Qarabağ həqiqətləri ilə tanış olurlar. Hazırda muzeydə 1988-1996-cı illər ərzində Qarabağda baş verən qanlı faciələri əks etdirən fotolar, xatirələr, vətənpərvərlik fəaliyyətini göstərən sənədlər nümayiş olunur. İctimai Birliyin sədri, ziyarətçiləri “Şəhidlər muzeyi”ndə sərgilənən şəkillərlə tanış edib, onlara hər şəkilin tarixçəsi barədə ətraflı məlumat verib.

Daha sonra iki qardaşı şəhid olmuş, İB-nin icraçı direktoru Rümanə Əmirəliyeva “Şəhidlər muzeyi”nin əhəmiyyətindən danışıb.

SHXÇDX-nin rəis müavini, general-mayor Mayıl Şahverdiyev belə bir muzeyin təşkilinə görə təşəkkürünü bildirib, hərbi vətənpərvərik işinin geniş təbliği sahəsində bu cür tədbirlərin önəminə diqqət çəkib.

Azvision.az



Teqlər: SHXÇDX   Muzey  





Xəbər lenti