Əmək bazarı üzrə işçi qrupunun iclası keçirilib
İclas zamanı işçi qrupun üzvlərinə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (“azranking.az”) və “Rəqəmsal Təqvim” elektron sistemi barədə məlumatlar təqdim olunub.
İclasda həmçinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı İşçi qrupunun yeni üzvləri ilə tanışlıq olub, işçi qrupu tərəfindən müvafiq təkliflər verilib və gələcək işlər müzakirə edilib. İşçi qrupunun 2019-cu il üçün fəaliyyət planının 1-ci rüb üzrə hesabatın müzakirəsi keçirilib.
İşçi qrupunun fəaliyyət planı ilə bağlı cari məsələlərin, eləcə də növbəti iclasın gündəliyinə daxil edilməsi üçün təkliflər dinlənilib.
Azvision.az
Teqlər: ƏƏSMN