Bakıda əlil arabasında olan şəxs itkin düşüb

  05 Oktyabr 2019    Oxunub : 706
 Bakıda əlil arabasında olan şəxs itkin düşüb
Bakıda əlil arabasında olan şəxs küçədə itkin düşüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Belə ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 3-cü küçədə yaşayan Məmmədov Kəramət Bəyzadə oğlu həmin küçədə yaşayan əlil Mudarov Mahir Çərkəz oğlunu Nəsimi rayonu, Alı Mustafayev küçəsi 10 saylı ünvanın yan tərəfində əlil arabasında saxlayaraq ondan ayrılıb. Təxminən 20 dəqiqə sonra həmin yerə qayıdan K.Məmmədov M.Mudarovu orada görməyib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: