Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair razılıq əldə olunub

  Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair razılıq əldə olunub
  05 Oktyabr 2019    Oxunub:1692
Hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Bu gün biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldik.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında deyib.

Ölkə başçısının sözlərinə görə, Rusiyadan texnika alınması çərçivəsində ölkələr arasında artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir: “Bunun 3 milyard dolları artıq reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işi davam etdirmək niyyətindəyik”.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Hərbi   Texnika   Rusiya  





Xəbər lenti