Balakən sakinindən tapança götürülüb

Balakən sakinindən tapança götürülüb
  04 Oktyabr 2019    Oxunub:1073
Balakən rayon sakinindən tapança götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.

Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti