Üç rayonda qaz olmayacaq

Üç rayonda qaz olmayacaq
  04 Oktyabr 2019    Oxunub:1840
Oktyabrın 4-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işləri aparılacaq və bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, saat 10:00-dan etibarən SOCAR-ın “Qaz İxrac” İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirərkən isə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

Bundan başqa saat 10:00-dan 16:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qaz təminatında fasilələr olacaq.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti