Həmsədrlər Qarabağa səfər edəcəklər

   Həmsədrlər Qarabağa səfər edəcəklər
  03 Oktyabr 2019    Oxunub:1537
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, hazırda səfərin vaxtı dəqiqləşdirilir.

“Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə razılaşdırıldığı kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar”, -deyə Zaxarova qeyd edib.

Azvision.az



Teqlər: Qarabağ   Həmsədr   ATƏT   Zaxarova  





Xəbər lenti