Abşeron və Zərdabda qaz olmayacaq

Abşeron və Zərdabda qaz olmayacaq
  03 Oktyabr 2019    Oxunub:1378
Sabah səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işlərinin aparılması planlaşdırılır.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək SOCAR-ın Qaz İxrac İdarəsi yüksək təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərini icra edəcək və bu müddətdə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış mənqəsinin qaz təchizatı dayandırılacaq.

Azvision.az



Teqlər: Azəriqaz   Qaz   Zərdab   Abşeron  





Xəbər lenti