Bakıya yararsız ətin gətirilməsinin qarşısı alınıb - Fotolar

Bakıya yararsız ətin gətirilməsinin qarşısı alınıb -  Fotolar
  03 Oktyabr 2019    Oxunub:1859
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əmədaşları ilə birgə oktyabrın 2-i gecə 23.00 radələrində Bərdə rayonu ərazisində əməliyyat həyata keçirib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Azvision.az -a verilən məlumata görə, əməliyyat zamanı Tərtər rayonu Mamırlı kənd sakini Əhmədov Asəf Rəşid oğluna məxsus “Mercedes-Benz” markalı 59- BH- 389 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yük yerindən bir baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.



İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə ətin qansızlaşdırılmasının düzgün aparılmadığı, bakterioloji çirklənməyə məruz qaldığı müəyyən edilib.



İstifadəyə yararsız əti paytaxta gətirən şəxs onu tanışı Bərdə rayon sakini Arzuman adlı şəxsin istəyi ilə Bakı şəhərinə apardığını bildirib.



Ümumi çəkisi 180 kiloqram olan heyvan cəmdəyindən nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.





Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti