İndiyədək 1500-dən çox itmiş sənəd tapılıb

İndiyədək 1500-dən çox itmiş sənəd tapılıb
  02 Oktyabr 2019    Oxunub:1618
“Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti sayəsində indiyədək 1507 sənəd aidiyyəti üzrə təhvil verilib.
MMC-dən Azvision.az -a verilən məlumata görə, “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Bu günə qədər “Azərpoçt”un filial və şöbələrində 1512 sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 466, aidiyyəti üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 1041-dir. Hazırda poçt filialları və şöbələrində 5 sənəd sahibini gözləyir.

Sənədini itirən şəxs “Poçtap” xidmətinin “www.pochtap.az” internet səhifəsindən, “169” saylı Çağrı mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə, tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət rüsumu ödəyərək onu təhvil ala bilərlər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Vətəndaş sənədinin öz istəyi ilə hansısa ünvana çatdırılmasını istəyirsə, bu zaman rüsum “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.

Azvision.az



Teqlər: Azərpoçt   Poçtap   Sənəd  





Xəbər lenti