Müdafiə naziri Meksika səfiri ilə görüşüb

  02 Oktyabr 2019    Oxunub : 970
Müdafiə naziri Meksika səfiri ilə görüşüb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini ilə görüşüb.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ilk görüşü xatırlayıb, o vaxtdan etibarən ikitərəfli münasibətlərdəki dinamikanı vurğulayıblar.

Z.Həsənov hərbi sahədə təcrübə mübadiləsi və əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan hərbçilərinin müxtəlif beynəlxalq təlimlərdə iştirakına toxunan müdafiə naziri, bu növ əməkdaşlığın Meksika tərəfi ilə inkişaf etdirilməsi mümkünlüyünü qeyd edib.

Səfir R.Labardini, öz növbəsində, ticarət və turizm kimi müxtəlif sahələrdə də son dörd ildə ikitərəfli münasibətlərin möhkəmlənməsinin yolundan danışıb və hərbi, eyni zamanda hərbi-texniki sektorda əməkdaşlığın vacibliyini qeyd edib. Bundan əlavə, səfir qarşılıqlı tanıtım və əlaqələrin qurulması üçün müvafiq beynəlxalq hərbi sərgiləri olan Meksikanın FAMEX və Azərbaycanın ADEX sərgilərində qarşılıqlı iştirakın təqdim etdiyi imkana istinad edib.

Tərəflər, həmçinin hərbi əməkdaşlıq sahəsində ikitərəfli hüquqi baza ilə bağlı məsələləri və hər iki dövlətin Müdafiə nazirlikləri arasında əlaqələri müzakirə ediblər.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Müdafiə   Hərbi   Zakir-Həsənov   Meksika   Səfir