Hacı İbrahimin pulları geri qaytarıldı

 Hacı İbrahimin pulları geri qaytarıldı
  10 Dekabr 2013    Oxunub:1388
“Avesta” konsernindən oğurlanan pulun müəyyən hissəsi geri qaytarılıb.
Bu barədə şirkət prezidenti Hacı İbrahim Nehrəmli “Yeni Müsavat”a açıqlamasında deyib.

İş adamı bildirib ki, bu məsələ mətbuat vasitəsilə ictimailəşəndən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi olayla yaxından maraqlanıb:

“Nazirlikdən yüksək vəzifəli şəxslər Nərimanov rayon polisinə gəlib, prosesi nəzarətə götürüb. Nəticədə oğurlanan 135 min manatın 105 mini geri qaytarılıb. Bu gün (dünən-red.) polislərin iştirakı ilə ofisimizdə akt tərtib olundu, pul kassaya geri qaytarıldı. O pullar işçilərin maaşı idi”.

Hacı İbrahim polisin bu cür operativ reaksiyasından və DİN rəhbərliyinin olayla yaxından maraqlanmasından razı qaldığını dedi: “Sağ olsunlar, məsələyə belə yanaşdılar, nəticədə oğurlanan məbləğin əhəmiyyətli hissəsi geri qaytarıldı. Füzuli heç sən demə, pulu polisə verməyibmiş. Özündə saxlayırmış. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun pulu saxladığı yer aşkarlanıb. Yerdə qalan 30 min manat da bugünlərdə bizə təhvil veriləcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti