ASANın təqaüdçü könüllüləri səhnədə - FOTOLAR

ASANın təqaüdçü könüllüləri səhnədə -    FOTOLAR
  02 Oktyabr 2019    Oxunub:2854
1 oktyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsəri əsasında hazırlanmış "Sığorta əhvalatı" tamaşası səhnələşdirilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər qonaqlar iştirak ediblər.



Beynəlxalq Ahıllar Günü münasibəti ilə nümayiş olunan səhnə əsərinin iştirakçıları “ASAN xidmət”in təqaüdçü könüllüləri, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləridir.



Tamaşanın rejissoru Xalq artisti Ağaxan Salmanlıdır. Sonda tamaşanın ərsəyə gəlməsində iştirak edən könüllülərə təşəkkürnamələr təqdim olunub.










Azvision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti