Qatarın vurduğu qadının kimliyi məlum oldu

 Qatarın vurduğu qadının kimliyi məlum oldu
  02 Oktyabr 2019    Oxunub:1798
“Azərbaycan Dəmir Yolları” QSC Keşlə qəsəbəsində qatarın qadını vurması ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Azvision.az -a açıqlamasında bildirib ki, bu gün saat 08:23-də Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

"Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb".

Qeyd edilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Aytən Zəhra
Azvision.az


Teqlər: ADY   Qatar  





Xəbər lenti