Almaniyaya təlimə gedən hərbçilərimiz qayıtdı

Almaniyaya təlimə gedən hərbçilərimiz qayıtdı
  01 Oktyabr 2019    Oxunub:1888
Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçularının da qatıldığı təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Azvision.az



Teqlər: Təlim  





Xəbər lenti