Komitə sədri qəbul keçirib

Komitə sədri qəbul keçirib
  01 Oktyabr 2019    Oxunub:1410
Oktyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Komitədən Azvision.az -a verilən məlumata görə, qəbula gələnlərin hər birinin müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq
rəsmiləşdirilib.

Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillə birinci növbədə təmin edilməsi barədə tapşırığı icra olunur.

Komitədə vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsi üçün zəruri olan şərait yaradılıb. Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlər diqqətlə araşdırılır və mövcud qanunvericilik çərçivəsində həll edilir.

Azvision.az


Teqlər: Qaçqın   Köçkün   Komitə   Qəbul  





Xəbər lenti