Mərakeşdə ilk dəfə ATƏT PA-nın sessiyası keçiriləcək

Mərakeşdə ilk dəfə ATƏT PA-nın sessiyası keçiriləcək
  01 Oktyabr 2019    Oxunub:1491
ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək.
Azvision.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin qurumdakı nümayəndə heyətinin üzvləri - Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili tədbirlərdə iştirak edəcəklər.

Öncə “Şimal-Cənub əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionunun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu keçiriləcək. Sonra “Avro-Aralıq dənizi regionunda təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşlarının rolu” mövzusunda parlament konfransı öz işinə başlayacaq. Hər iki tədbirdə dünyadakı siyasi durumun aktual məsələləri müzakirə olunacaq.

Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Georgi Seretelinin və Baş katibi Roberto Montellanın, NATO PA-nın sədri Madlen Munun çıxışları dinləniləcək. Beynəlxalq siyasətin cari məsələlərinə nəzər salınacaq. Qurumun xüsusi komitə və xüsusi nümayəndələrinin fəaliyyətinə dair məruzələr oxunacaq.

Mərakeşdə sessiya çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 7-ci iclası keçiriləcək, cari məsələlərə baxılacaq.

Milli Məclisin deputatları müzakirələrdə yaxından iştirak edəcəklər. Səfər oktyabrın 8-də başa çatacaq.

Azvision.az


Teqlər:





Xəbər lenti