Azərbaycanda yeni səfirlik açıldı

 Azərbaycanda yeni səfirlik açıldı
  01 Oktyabr 2019    Oxunub:1877
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib.
XİN-dən Azvision.az-a verilən məlumata görə, görüşdə Elçin Qasımovu Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib.

Notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayır.

Səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

Azvision.az


Teqlər: XİN   Səfirlik  





Xəbər lenti