“Hökumət çalışır ki, vətəndaşlar yaxşı yaşasın” - Əli Əhmədov

 “Hökumət çalışır ki, vətəndaşlar yaxşı yaşasın” -    Əli Əhmədov
  01 Oktyabr 2019    Oxunub:1834
"Vətəndaşa diqqət və qayğı Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas qayəsidir. Hökumət çalışır ki, hər bir Azərbaycan vətəndaşının daha yaxşı, firavan həyatı olsun".


Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh qocalar evində görüşdə deyib.
Baş nazirin müavini bildirib ki, Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir: “Ahıllara dövlət qayğısının artırılmasına yönələn işlər ildən-ilə genişləndirilir. Dövlət himayəsində yaşayan ahıl insanların normal yaşayış şəraiti, sosial müdafiəsi təmin olunub".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş - xalq dayanır: "Bu gündən minimum pensiyanın məbləği 200 manata çatdırılıb. Hökumət çalışır ki, vətəndaşlar yaxşı yaşasın, onların problemləri həll edilsin. Dövlət hər birimizindir. Dövlətin bu yerə çatmasında hər bir vətəndaş töhfəsini verib. Dövlət də bunun müqabilində onlara diqqət və qayğı göstərir".

Azvision.az


Teqlər: ƏliƏhmədov  





Xəbər lenti