Azərbaycanda 397 vəzifəli şəxsə cinayət işi açılıb

 Azərbaycanda 397 vəzifəli şəxsə cinayət işi açılıb
  01 Oktyabr 2019    Oxunub:2535
"Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib".

Azvision.az xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu prosesdə dövlətə dəymiş 18 milyon manat zərər ödənilib: "Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti