Zakir Qaralovdan Rafael Cəbrayılovla bağlı açıqlama

Zakir Qaralovdan Rafael Cəbrayılovla bağlı açıqlama
  01 Oktyabr 2019    Oxunub:1886
"Mərkəzi Seçki Komissiyası (MSK) deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq. Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər"
Azvision.az xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, iddia ərizəsinə mülki qaydada baxılır: "Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Zakir-Qaralov   RafaelCəbrayılov  





Xəbər lenti