Bir ildə korrupsiya ilə bağlı 8118 müraciət olub

 Bir ildə korrupsiya ilə bağlı 8118 müraciət olub
  01 Oktyabr 2019    Oxunub:1779
Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından hazırkı dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8118 müraciəti daxil olub.
Azvision.az -ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov deyib.

Z.Qaralov bildirib ki, "Qaynar xətt” əlaqə mərkəzi üzrə müraciətlərin 3302-si nəzarətdə saxlanılmaqla aidiyyətı üzrə nazirlik, komitə və təşkilatlara göndərilib, 117-si prokurorluğun müvafiq struktur qurumlarında, 217-si isə Baş İdarədə araşdırılıb, korrupsiya ilə əlaqədar olmayan məsələlərlə bağlı 46 müraciət üzrə vətəndaşlara hüquqları izah edilib.

"Həmin müraciətlərin 27-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulan hüquqları bərpa olunub və aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib".

Azvision.az



Teqlər: Zakir-Qaralov   Korrupsiya  





Xəbər lenti