Prokurorluq əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

 Prokurorluq əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər -  FOTOLAR
  01 Oktyabr 2019    Oxunub:4412
Müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Azvision.az xəbər verir ki, prokurorluq işçiləri peşə bayramı günü münasibətilə oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyulub.























Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: Prokurorluq   Peşə-Bayramı  





Xəbər lenti