Fədayə Laçının cəzası 2 ilə endirildi

 Fədayə Laçının cəzası 2 ilə endirildi
  30 Sentyabr 2019    Oxunub:2987
Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Azvision.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib. Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub. Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Azvision.az



Teqlər: Fədayə-Laçın  





Xəbər lenti