Qarabağ komitəsinin yaradılması təklif olundu
O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: “Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, “xalq diplomatiyası”nı qəbul etmirəm. ATƏT-in Minsk Qrupu buranı rəqs meydançasına çevirib, rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirmək mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası. Gəlib vals oynayıb gedirlər. Minsk Qrupunun yaradılması səhv addım idi”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Tahir-Kərimli