“Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir” - Vahid Əhmədov

  “Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir” -    Vahid Əhmədov
  30 Sentyabr 2019    Oxunub:2114
“Bir neçə illər keçməsinə baxmayaraq, Azərbaycan Milli Məclisi hələ də “Rəqabət Məcəlləsi”nin qəbul olunmasına nail ola bilməyib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Rəqabət Məcəlləsi olduqca vacib qanundur:

V. Əhmədov qeyd edib ki, payız sessiyasına daxil olunması vacib olan məsələlərdən biri də “Təhsil Kreditləri haqqında” qanun layihəsidir. O, əlavə edib ki, bu gün ölkədə təhsil kreditlərinin olmaması bir çox tələbənin təhsilini yarımçıq qoyması ilə nəticələnir:

“Bizə bununla bağlı bir çox müraciətlər daxil olur. Bu günlərdə eşidirik ki, “Təhsil Kreditləri haqqında” qanun layihəsi hazırlanır. İllər əvvəl hazırlanmış qanun layihəsi hazırdır. Onu bir az redaktə edib, günün tələblərinə uyğunlaşdıra bilərik. Bu qanun layihəsini qəbul etməliyik ki, gənclər təhsilini başa vura bilsinlər”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vahid-Əhmədov  





Xəbər lenti