Nyu-Yorkda türkdilli diasporların toplantısı keçirildi
Toplantıda bu istiqamətdə müxtəlif təkliflər səslənib. TDƏŞ-in zirvə toplantılarının əhəmiyyətindən danışılıb və növbəti toplantının Azərbaycanda keçiriləcəyi bildirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ənənəvi keçirilən yay düşərgələrinin və müxtəlif ölkələrdə açılan həftəsonu məktəblərinin əhəmiyyəti xüsusi vurğulanıb. Tədbirdə Dövlət Komitəsinin türkdilli dövlətlərin diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması barədə təklifi böyük maraqla qarşılanıb.
Toplantıdan sonra dahi şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi gecəsi" keçirilib. Tədbirdə Milli Müsiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi və prezidenti Nərgiz Əliyarova, Jefri Verbok, Fəqan Həsənli, Şenika Con Cordan və Ulya Aliqulovanın ifalarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Firəngiz Əlizadənin, Faiq Sücəddinovun, İlahə İsrafilovanın, Sevinc Balabəyovanın, Tamilla Əhədovanın əsərləri, milli muğamlarımız və Nəsiminin şeirləri səsləndirilib.
Azvision.az