Miqrasiya könüllüləri arasında seçim aparıldı

Miqrasiya könüllüləri arasında seçim aparıldı
  28 Sentyabr 2019    Oxunub:1518
Miqrasiya Könüllüsü İctimai Birliyinin İdarə heyətinin vakant vəzifələrinə müsahibə mərhələsi keçirilib.
Azvision.az xəbər verir ki, müsahibə İctimai Birliyin 7 departamenti - Beynəlxalq Əlaqələr, Sponsorlarla iş, İctimaiyyətlə əlaqələr, Üzvlərlə iş və Təşkilati məsələlər, eləcə də Layihələrin idarə olunması, İnformasiya texnologiyaları, Dövlət Qurumları ilə iş üzrə aparılıb.

Vakant vəzifələrin tutulması üçün 60 gənc müraciət edib. Onlar liderlik qabiliyyəti, özünü təqdimetmə bacarığı, sosial aktivliyi, dünya görüşü və dil biliyi ilə fərqlənməyə çalışıblar. Seçim Miqrasiya Könüllüsü İctimai Birliyinin İdarə heyətinin üzvləri tərəfindən aparılıb.

Müsahibə mərhələsindən uğurla keçən namizədlər İctimai Birliyin idarə heyətində təmsil olunmaqla, yerli və beynəlxalq layihələrə qatılmaqla yanaşı təşkilatçi qismində də iştirak imkanı qazanacaqlar.





Azvision.az


Teqlər: Miqrasiya   Könüllü  





Xəbər lenti