FHN Göygöldəki qəza ilə bağlı məlumat yaydı

FHN Göygöldəki qəza ilə bağlı məlumat yaydı
  28 Sentyabr 2019    Oxunub:1514
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Göygol rayonunun Quşqara kəndi ərazisində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1993-cü il təvəllüdlü İbrahimzadə Bayram Hüseyn oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti