İlham Əliyevdən üç ölkəyə yeni səfir təyinatı

 İlham Əliyevdən üç ölkəyə yeni səfir təyinatı
  27 Sentyabr 2019    Oxunub:4221
Cəlal Sabir oğlu Mirzəyev Azərbaycanın İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, Anar Xeybər oğlu Hüseynov isə Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfirləri təyin ediliblər.

Azvision.az



Teqlər: Səfir   Sərəncam  





Xəbər lenti