Ramil Usubov İlham Əliyevə təşəkkür etdi

Ramil Usubov İlham Əliyevə təşəkkür etdi
  09 Dekabr 2013    Oxunub:1160
Bu gün Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bu il Azərbaycan Polisinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimi açaraq ölkə başçısının Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini, bu mənada son 10 ildə təxminən 500 əməkdaşın dövlət mükafatlarına layiq görülməsini şəxsi heyətə verilən yüksək dəyərin və göstərilən etimadın əyani təsdiqi olduğunu vurğulayıb.

Daxili işlər orqanlarınun fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atıldığını xatırladan nazir əsası Heydər Əliyev tərəfindən qoyulmuş daha bir ənənənin- fərqlənmiş əməkdaşların mükafatlandırılmasının da İlham Əliyev tərəfindən davam etdirildiyini, 1 iyul 2013-cü il tarixli məlum sərəncamlarla 41 əməkdaşın yüksək dövlət mükafatları və fəxri adlar ilə təltif olunduğunu vurğulayıb, bu ali diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.

Sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev təltif olunmuş əməkdaşların siyahısını elan edib, onlardan 35 nəfərinin mərasimə dəvət olunduğunu deyib.

R.Usubov mükafatları təqdim edərək fərqlənənləri təbrik edib, hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, tədbir iştirakçılarına vətənə məhəbbətlə, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini tövsiyyə edib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.

Təltif olunanların adından çıxış edən polis polkovnik-leytenantı Vüqar Ələkbərov yüksək mükafatlara görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirib, bu böyük etimadı layiqli xidmətlərilə doğruldacaqlarına söz verib.


Teqlər:





Xəbər lenti