Naxçıvanda maaşlar artımla verildi

Naxçıvanda maaşlar artımla verildi
  27 Sentyabr 2019    Oxunub:1841
Bu il ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum əməkhaqqı, pensiyalar və dövlət strukturlarında çalışan işçilərin vəzifə maaşları artırılıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalanıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, ölkə Prezidentinin və Ali Məclis Sədrinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin icrası Maliyyə Nazirliyi tərəfindən diqqətdə saxlanılıb, əməkhaqlarının artımla ödənilməsi üçün vaxtında operativ tədbirlər görülüb. Belə ki, muxtar respublika üzrə tarifləşmələr yenilənib, müəssisə və təşkilatların ştat cədvəllərinin layihələri hazırlanaraq aidiyyəti üzrə göndərilib.

Hazırda bu sahədə bütün zəruri işlər başa çatdırılıb, muxtar respublikada əməkhaqlarının sentyabr ayından başlayaraq artımlarla ödənilməsinə nail olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Əməkhaqqı  





Xəbər lenti