Nazir və müavinləri qəbul keçirib

Nazir və müavinləri qəbul keçirib
  27 Sentyabr 2019    Oxunub:1426
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən sentyabrın 27-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qax, Şəki, Zaqatala və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, qəbuldan əvvəl nazir və Qax Rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub.

Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Balakən, Rauf Hacıyev isə Zaqatala rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti