Ruhani ABŞ-la danışıqların şərtini açıqladı

   Ruhani ABŞ-la danışıqların şərtini açıqladı
  27 Sentyabr 2019    Oxunub:1698
"Prezident Donald Tramp sanksiyaları ləğv edib, Tehrana qarşı maksimum təzyiq siyasətini dayandıracağı təqdirdə İran ABŞ ilə danışıqlar aparacaq"
Azvision.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

"ABŞ-ın ilkin şərti bundan ibarətdir ki, əvvəlcə İran xalqına qarşı sanksiyalar reallaşdırılmalı, maksimum təzyiq göstərilməli, daha sonra danışıqlara başlana bilər. Biz deyirik ki, bu yanlış şərtdir. Belə şərt danışıqlar masasından yığışdırılmalıdır. Əgər biz ilkin şərtlərin ləğv olunduğu ana qədər yaşasaq, təbii ki ABŞ-la danışıqlar üçün imkan yaranacaq", - deyə Ruhani vurğulayıb.

Azvision.az



Teqlər: İran   ABŞ   Ruhani  





Xəbər lenti