Məmmədyarov çilili həmkarı ilə danışıqlar apardı

Məmmədyarov çilili həmkarı ilə danışıqlar apardı
  27 Sentyabr 2019    Oxunub:1505
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Çilinin Xarici İşlər naziri Teodor Ribera ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşündə iştirak, yüksək səviyyəli tədbirə hazırlıq işləri, eləcə də Azərbaycanın Hərəkatda sədrlik prioritetləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər ikitərəfli əlaqələrin inkişafı perspektivləri, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Nazir   Çili  





Xəbər lenti