Zamirə Hacıyeva Azərbaycana ekstradisiya edilməyəcək

   Zamirə Hacıyeva Azərbaycana ekstradisiya edilməyəcək
  27 Sentyabr 2019    Oxunub:2583
Londonda Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib. İclasda Vestminister şəhər məhkəməsi qərarını açıqlayıb.
Azvision.az xəbər verir ki, məhkəmə Hacıyevanın Azərbaycana ekstradisiya olunmaması barədə qərar çıxarıb.

Azərbaycan hökumətini təmsil edən vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib. Hacıyevanın vəkili isə məsələni şərh etmək istəməyib.

Azvision.az



Teqlər: ZamirəHacıyeva  





Xəbər lenti