Avtobusların hərəkətini telefonla izləmək mümkün olacaq

 Avtobusların hərəkətini telefonla izləmək mümkün olacaq
  26 Sentyabr 2019    Oxunub:2074
Bakı Nəqliyyat Agentliyi (BNA) özünün mobil əlavəsini (aplikasiya) istifafəyə verməyə hazırlaşır.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, mobil əlavə sərnişinlərə avtobusların hərəkətini izləməyə imkan verəcək:
"Yeni yaradılacaq mobil əlavədə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NBM) üçün bölmə nəzərdə tutulub. Hansı ki, sərnişinlər oradan avtobusların hərəkətini izləyə biləcəklər".

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Telefon   Avtobus  





Xəbər lenti