Bakıda daha iki Nəqliyyat Mübadilə Mərkəzi yaradılacaq

Bakıda daha iki Nəqliyyat Mübadilə Mərkəzi yaradılacaq
  26 Sentyabr 2019    Oxunub:1773
Gələcəkdə metronun "Nəriman Nərimanov" stansiyası, "Gənclik" stansiyası - Tofiq Bəhramov adına Respublika Stadionu ətrafında növbəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, daha sonra Bakı ətrafı qəsəbələrdə kiçik nəqliyyat mübadilə mərkəzlərinin yaradılması planlaşdırılır.

"Hazırda dəyərləndirmə işləri aparılır. Bu HUB-lar mərkəzdən uzaq ərazidə yaşayan sərnişinlərin daha rahat şəkildə gəlməsini təmin edəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   HUB  





Xəbər lenti