Bakıda 58 yaşlı ingilisi meymun dişləyib

 Bakıda 58 yaşlı ingilisi meymun dişləyib
  26 Sentyabr 2019    Oxunub:2453
Ötən gün saat 21:11-də 58 yaşlı İngiltərə vətəndaşı sol sait nahiyəsinin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həkimlər onu Kliniki Tibbi Mərkəzə çatdırıblar.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, İngiltərə vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır. Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib.

Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Əcnəbi   Meymun  





Xəbər lenti