Azərbaycan-İrlandiya əlaqələri müzakirə olundu

Azərbaycan-İrlandiya əlaqələri müzakirə olundu
  26 Sentyabr 2019    Oxunub:1500
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə edilib, əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu vurğulanıb.

Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb, bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   İrlandiya  





Xəbər lenti