Türk jurnalist Azərbaycandan bağışlanma dilədi

Türk jurnalist Azərbaycandan bağışlanma dilədi
  09 Dekabr 2013    Oxunub:1132
Türkiyənin tanınmış jurnalisti Azərbaycan hökumətinə müraciət edərək adının “qara siyahı”dan çıxarılmasını xahiş edib
Türkiyənin “Milliyet” qəzetinin tanınmış yazarı və “CNN Türk” telekanalının jurnalisti Nagəhan Alçı Azərbaycan rəhbərliyinə müraciət edərək adının “qara siyahı”dan çıxarılmasını xahiş edib.

AzVision.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

2009-cu ildə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün adı “qara siyahı”ya salınan N. Alçı Azərbaycana səfər etmək üçün icazə istəyib. O, müraciətində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

E. Abdullayev müraciətə baxılacağını və müsbət cavablandırılacağı təqdirdə, N. Alçının adının “”arzuolunmaz şəxslər” siyahısından çıxarılacağını açıqlayıb.


Teqlər:  





Xəbər lenti