Elmar Məmmədyarovun ABŞ-da görüşləri davam edir

Elmar Məmmədyarovun ABŞ-da görüşləri davam edir
  26 Sentyabr 2019    Oxunub:1695
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin Prezidenti Vuk Yeremiç ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüşdə V.Yeremiç Mərkəzin fəaliyyəti ilə bağlı Nazir Məmmədyarovu məlumatlandırıb. Tərəflər mümkün əməkdaşlıq yolları və Azərbaycanın araşdırma mərkəzləri ilə Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin birgə fəaliyyəti barədə ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Görüş  





Xəbər lenti